Azərbaycanlı jurnalist xəstəlikdən vəfat etdi


Digərləri 08 Dek 2017 13:44:00 228 0

Azərbaycanlı jurnalist xəstəlikdən vəfat etdi

Jurnalist, "Exo" qəzetinin fotoqrafı Samir Əliyev vəfat edib.

Son.az xəbər verir ki, "Exo" qəzetinin redaksiyasından APA-ya verilən məlumata görə, S. Əliyev səhər saatlarında uzun sürən xəstəlikdən dünyasını dəyişib. O, Zabrat qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, S. Əliyev 1975-ci ildə doğulub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarixi fakültəsini bitirib. Bir müddət "Zerkalo" qəzeti ilə əməkdaşlıq edib. 2001-ci ildən "Exo" qəzetində həm jurnalist, həm də fotoqraf kimi fəaliyyət göstərib. Bir neçə il əvvəl həkimlər ona qanın mieloleykozu diaqnozunu qoyublar.