İstanbulda yeraltı keçiddən Trampın adı götürüldü


Dünya 08 Dek 2017 13:25:00 262 0

İstanbulda yeraltı keçiddən Trampın adı götürüldü

ABŞ Prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı elan etməsindən sonra İstanbulda Şişli bələdiyyəsi ərazisindəki "Donald Tramp" yeraltı piyada keçidinin adı ləğv edilib.

Mİlli.Az xəbər verir ki, bu barədə Trend Türkiyə mətbuatına istinadən məlumat verir.

Gecə saatlarında "Tramp piyada keçidi" yazısı da keçiddən çıxarılıb.

Qeyd edək ki, bu gün Türkiyənin bütün vilayətlərində Qüdsün ABŞ tərəfindən İsrail paytaxtı kimi tanınmasına etiraz olaraq kütləvi aksiyalar keçiriləcək. Aksiyalar cümə namazından sonra başlayacaq.