"Koroğlu" operasının tamaşası görkəmli müğənni Bülbülün 120 illik yubileyinə həsr olunacaq


Kriminal 08 Dek 2017 13:29:00 335 0

"Koroğlu" operasının tamaşası görkəmli müğənni Bülbülün 120 illik yubileyinə həsr olunacaq

Dekabrın 16-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin "Koroğlu" operasının tamaşası keçiriləcəkdir. Tamaşa görkəmli Azərbaycan müğənnisi, SSRİ Xalq artisti, Stalin mükafatı laureatı, professor Bülbülün 120 illik yubileyinə həsr olunmuşdur.

Bülbül milli musiqinin Avropa musiqisi ilə sintezi vasitəsilə Azərbaycanda yeni vokal məktəbi yaratmışdır. 25 ildən artıq bir müddətdə xalq musiqi yaradıcılığı nümunələrinin toplanması, öyrənilməsi, nota köçürülməsi və nəşri  sahəsində böyük iş görmüşdür.

Görkəmli müğənni demək olar ki, bütün Azərbaycan operalarının qəhrəmanlarının ilk ifaçısı olmuşdur. Lakin Üz.Hacıbəylinin eyni adlı operasında yaratdığı Koroğlu obrazı onun vokal səhnə sənətinin zirvəsi sayılır.

Böyük sənətkarın xatirəsinə həsr olunmuş tamaşada Koroğlu partiyasını Əməkdar artist Fərid Əliyev ifa edəcəkdir. Tamaşada həmçinin Əməkdar artistlər İlahə Əfəndiyeva (Nigar), Cahangir Qurbanov (Həsən xan),  Əkrəm Poladov  (Alı), Əliəhməd İbrahimov (Təlxək),  Xalq artistləri Əli Əsgərov (İbrahim xan), Fidan Hacıyeva (Xanəndə qız), Sabir Əliyev (Vəli), solistlərdən Taleh Yahyayev (Ehsan paşa), Tural Ağasıyev (Həmzə), Fəhmin Əhmədli (Vəzir) çıxış edəcəklər.


Xəbərə aid fotolar