"Leyla Yunusun parlaqlığı və səfaləti" kitabının təqdimatı olub (FOTO)


Digərləri 08 Dek 2017 13:21:38 230 0

"Leyla Yunusun parlaqlığı və səfaləti" kitabının təqdimatı olub (FOTO)

"Leyla Yunusun parlaqlığı və səfaləti" kitabının təqdimatı olub.

Bakı. Elçin Mehdiyev – Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Elçin Qənbərovun Leyla Yunusun məhbəs həyatı barədə “Leyla Yunusun parlaqlığı və səfaləti” adlı Azərbaycan, rus, ingilis və fransız dillərində kitabın təqdimatı keçirilib. Trend-in məlumatına görə, tədbirdə Milli Məclisin deputatları, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvləri, ictimai xadimlər və digər qonaqlar iştirak ediblər. Təqdimatda çıxış edənlər Leyla Yunusun Azərbaycan əleyhinə apardığı işlərdən, satqınçılığından danışıblar. Qeyd olunub ki, L.Yunus həmişə xarici dairələrin, erməni lobbisinin əlində alət olub, Azərbaycana qarşı istifadə olunub. Çıxış edənlər bildiriblər ki, L.Yunus öz çirkin əməlləri ilə ölkəmizə zərbə vurmağa çalışıb. L.Yunus hər zaman öz maraqlarını hər şeydən üstün tutub, hüquq müdafiəçisi adı altında varlanmağa çalışıb. Onun üçün vətən, hüquq anlayışları sadəcə pul qazanmaq üçün bir vasitə olub. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin