Elçin Qənbərov: Leyla Yunusun antiazərbaycan qüvvələrinin aləti olaraq Azərbaycanın imicinə zərbə vurmasının şahidi olmuşam


Digərləri 08 Dek 2017 13:24:00 180 0

Elçin Qənbərov: Leyla Yunusun antiazərbaycan qüvvələrinin aləti olaraq Azərbaycanın imicinə zərbə vurmasının şahidi olmuşam

Təxminən 1 il 6 aya yaxın hüquqlarını müdafiə etdiyim Leyla Yunusun ermənipərəst və antiazərbaycan qüvvələrinin əlində alət olaraq Azərbaycan dövlətinin imicinə, müstəqilliyinə zərbə vurmaqla məşğul olmasının canlı şahidi olmuşam.

Bakı. Elçin Mehdiyev – Təxminən 1 il 6 aya yaxın hüquqlarını müdafiə etdiyim Leyla Yunusun ermənipərəst və antiazərbaycan qüvvələrinin əlində alət olaraq Azərbaycan dövlətinin imicinə, müstəqilliyinə zərbə vurmaqla məşğul olmasının canlı şahidi olmuşam. Bunu Trend-ə Leyla Yunusun məhbəs həyatı barəsində “Leyla Yunusun parlaqlığı və səfaləti” adlı kitabın müəllifi, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Elçin Qənbərov deyib. E.Qəmbərov bildirib ki, Leyla Yunusu müdafiə etdiyi 1 il 6 ay ərzində həftədə 3 dəfə Kürdəxanıya həbsxanaya gedib: “Bütün gün ona həsr olunurdu. Bütün canımı onun işinə qoydum. Leyla Yunus xaricə gedəndən sonra eşidirdim ki, guya mənim hökumətə işlədiyim yönündə təbliğat aparırdı. Buna görə də mən də ona qarşı mübarizəyə başladım. Bu, mənim şəxsi məsələmdir. Hakimiyyət vəkillə müştəri arasında olan işin incəliklərini bilə bilməzdi”.