Ülvira ona “qulaqlarını kəsərəm” deyən müğənni ilə efirdə barışdı VİDEO FOTO


Şou-biznes 08 Dek 2017 13:15:00 283 0

Ülvira ona “qulaqlarını kəsərəm” deyən müğənni ilə efirdə barışdı  VİDEO  FOTO

Oğlunun toyundan xəbərim yoxdur, indi eşitdim. Dünən 9 toyum olub. Güclə çatdırmışam. Yəqin bu gün olub. Bu öz seçimidir. Mənim oğlum qadağan qoymaz. Çünki özüm də heç nəyi gizlətmədiyimə görə, yəqin, o da etməz. Hələ mənim oğlumun kiçik toyu olmayıb.

Son.az xəbər verir ki, bu sözləri ARB TV-nin "Günə son" proqramına telefon bağlantısı zamanı müğənni Zahidə Günəş həmkarı Manaf Ağayevin oğlunun toyundan söhbət açarkən deyib. Daha sonra aparıcı Ülvira Qarayeva küsülü olduğu sənətçini salamlayaraq, onu barışığa səsləyib və müğəninin onun haqqında dediyi "qulaqlarını kəsərəm" fikrindən ehtiyatlandığını bildirərək Zahidə Günəşdən fikirlərini alıb: "Ülvira xanım mən sizin xətrinizi çox istəmişəm. Bilirsiz ki, kişi kimi qadınam. Mən müğənnilərdən fərqli olaraq zəhmətimlə yaşayıram. Amma uman yerdən küsərlər. Əsəbi insanam, ağır seyidəm. Hamıyla mehriban dolanıram deyə, istəmirəm kimsə xətrimə dəysin".


Xəbərə aid fotolar