Dələduzluqda təqsirləndirilən müstəntiqə şərti cəza


Kriminal 08 Dek 2017 13:06:00 262 0

Dələduzluqda təqsirləndirilən müstəntiqə şərti cəza

Səbail Rayon Məhkəməsində Bakı Şəhər Prokurorluğunun dələduzluq və digər cinayətdə təqsirləndirilən sabiq müstəntiqi Müşfiq Abbasovun məhkəməsi başa çatıb.

Mİlli.Az xəbər verir ki, vəkil Vasif Mirzəyevin APA-ya verdiyi məlumata görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, M.Abbasov barəsində 3 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib.

Qeyd edək ki, ötən ay keçirilən məhkəmə iclasında M.Abbasovun vəkili həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə vəsatət qaldırıb. Vəsatəti təmin olunub və o, azadlığa buraxılıb. Onun barəsində olan həbs qərarı ev dustaqlığı ilə əvəzlənib. M. Abbasov ittiham üzrə özünü təqsirli bilmədiyini deyib.