Deputat Azərbaycana, Türkiyəyə yanaşmada ikili standartları kəskin qınayıb (FOTO)


Digərləri 08 Dek 2017 12:51:00 198 0

Deputat Azərbaycana, Türkiyəyə yanaşmada ikili standartları kəskin qınayıb (FOTO)

Qənirə Paşayeva Düzce Universitetində "Qarabağ və Türk-İslam dünyasında ağır sorunların həll olunmasında birliyin gücü: Azərbaycan - Türkiyə birliyi örnəyi” ilə bağlı konfransda Dağlıq Qarabağ problemi, Ermənistanın işğalçılıq siyasəti, qərbin ikili standartları və birliyin önəmi mövzusunda ətraflı çıxış edib.

Bakı. Millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayeva Düzce Universitetində "Qarabağ və Türk-İslam dünyasında ağır sorunların həll olunmasında birliyin gücü: Azərbaycan - Türkiyə birliyi örnəyi” ilə bağlı konfransda Dağlıq Qarabağ problemi, Ermənistanın işğalçılıq siyasəti, qərbin ikili standartları və birliyin önəmi mövzusunda ətraflı çıxış edib. Düzcə Universitetinin təşkil etdiyi və Düzcə Üniversitetinin rektoru Prof. Dr. Nigar Demircan Çakar, Düzcə bələdiyyə sədrinin müavini Elif Sezer Cebar, rektor müavini Prof. Dr. İlhan Genç, müəllimlər, tələbələr və media mənsublarının iştirak etdiyi konfransda Q.Paşayeva çıxışına “Azərbaycanda və Türkiyədə şəhid olan insanlarımızın ruhu qarşısında baş əyirəm” deyə başlayıb və Qarabağ və Türk dünyası həqiqətlərinin dünyaya daha geniş yayılmasında birliyimizi daha da gücləndirməliyik deyib. Qərbin Azərbaycana, Türkiyəyə, Türk-Müsəlman dünyasına yanaşmasındakı ikili standartlardan danışan millət vəkili bu vəziyyətin getdikcə daha da pisləşdiyini xüsusi vurğulayıb. Dağlıq Qarabağ münaqişəsindən danışan Q.Paşayeva bu məsələdə Qərbin ikili standarlarını geniş şəkildə izah edib və beynəlxalq təşkilatların da ikili standartlaradan yanaşmalarını xüsusi vurğulayaraq kəskin qınayıb: “Bu gün beynəlxalq təşkilatlar BMT başda olmaqla bir neçə böyük dövlətin maraqlarının müdafiəsindən başqa heç bir işlə məşğul olmur. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı qətnamələr var amma onların həyata keçirilməsi üçün Ermənistana heç bir təzyiq göstərmir. İnsan haqlarından danışan beynəlxalq təşkilatlar Ermənistanın işğalçılığı üzündən öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün haqlarının müdafiəsi istiqamətində heç bir addım atmır”. Q.Paşayeva bildirib ki, biz Qərbin ikili standartlarını Xocalı Soyqırmına yanşmada da gördük: “100 il əvvəl tarixdə olmayan soyqırım barədə qərar qəbul edənlərin əksəriyyəti modern dünyanın gözləri qarşısında Ermənistanın Xocalıda törətdiyi dəhşətli soyqırımı görmək istəmir. Eyni vəziyyət Türkiyəyə, Türk dünyasına qarşı yanaşmada da özünü göstəririr”. O, Qərb Türkiyəyə terrorla mübarizədə bu gün də dəstək vermədiyini və bunun özü ən böyük ikili standartdır deyib. Avropada İslamafobiyanın artmasının doğurduğu ciddi narahatçılıqdan da danışıan millət vəkili Q.Paşayeva bildirib ki, beynəlxalq hüququn tamamilə zəiflədiyi, beynəlxalq təşkilatların bir neçə böyük ölkənin maraqlarını müdafiə edən təşkilatlara çevrildiyi bir dünyada haqlarını qoruya bilmənin tək yolu gücdür. Bu güc isə birlikdən keçir. Ona görə də Azərbaycan-Türkiyə olaraq birliyimizi daha da gücləndirməliyik, gənc nəsillərimizi bir-birimizə daha çox sahib ola bilmə ruhunda yetiştirməliyk və birlikdə haqsızlıqlara qarşı mübarizəmizi gücləndirməliyik deyib. Millət vəkili Q.Paşayeva bildirib ki, bəzi güclər bizi arxadan vura bilmək üçün öz içərimizdə də xainlər yetişdirirlər və bu məsələyə ciddi diqqət yetirilməlidir. Azərbaycanla Türkiyə arasında əlaqələrin getdikcə daha da inkişaf etdiyini deyən millət vəkili Q.Paşayeva bölgədə son günlər daha da gərginləşən vəziyyət barədə geniş çıxış edib, qardaşlıq yaxşı gündə də çətin gündə də birlikdə olmaqdır deyib və bütün türk dünyasını, harada doğulub harada yaşamasından asılı olmayaraq hər bir türk insanını da buna çağırıb. Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. Bu məsələdə gənclərimizin üzərinə çox böyük missiya düşdüyünü xüsusi vurğulayan millət vəkili Qənirə Paşayeva onları daha fəal olmağa çağırıb. Türk gəncliyinin üzərinə bu məsələdə böyük vəzifə düşdüyünü qeyd edən millət vəkili Qənirə Paşayeva bütün türk gəncliyini tariximizə sahib çıxmağa, sosial mediada, virtual aləmdə fəal olmağa çağırıb və qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə və Azərbaycan həqiqətlərinin daha geniş şəkildə yayılması məqsədilə sosial mediada səylərin artırılmasının, işinin sürətləndirilməsinin vacibliyini qeyd edib. Gəncləri sosial mediyada daha da aktiv olmağa dünyanın müxtəlif ölkələrində yaşayan dostlarına tarixi gerçəkləri çatdrmaqda fəallığını artırmağa, sosial medianın verdiyi imkanlardan yüksək səviyyədə yararlanmağı məsləhət görən millət vəkili Qənirə Paşayeva çıxışını “inşallah gələn görüşümüzü birlikdə işğaldan azad edəcəyimiz Qarabağda və digər o gözəl bölgələrimizdə keçirək. İnanırıq ki, o gün uzaqda deyil”- deyərək bitirib. Tədbirdə Düzce Universitetnin rektoru ve rəsmiləri çıxış edərək millət vəkili Q.Paşayevaya konfrans üçün təşəkkürlərini bildirib və bu cür konfransların gənclər üçün böyük önəmini xüsusi vurğulayıblar və ona təşəkkür plaketi və xatirə hədiyyəsi təqdim ediblər. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin