DİN Sumqayıtda baş verən ağır qəza ilə bağlı məlumat yaydı


Digərləri 08 Dek 2017 12:41:00 237 0

DİN Sumqayıtda baş verən ağır qəza ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi Sumqayıtda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Son.az DİN-ə istinadən xəbər verir ki, dekabrın 7-də saat 20 radələrində Sumqayıt şəhəri ərazisində Bakı şəhər sakini Əsgər Xanəhmədov idarə etdiyi "KamAZ" markalı avtomobillə yolun hərəkət hissəsində olan inəyi vurub.

Bu zaman arxadan gələn Quba rayon sakini Azad Novruzov idarə etdiyi "Mercedes" markalı avtomobili yolun kənarında dayanan Ə.Xanəhmədova məxsus "KamAZ" markalı avtomobilə vurub.