Natavan depressiyaya düşüb?


Şou-biznes 08 Dek 2017 12:39:00 273 0

Natavan depressiyaya düşüb?

Bir neçə gündür ki, həyat yoldaşı Səid Əliyevdən (Dado) ayrılmağı ilə gündəmə gələn Natavan Həbibinin instaqram  səhifəsi bağlanıb. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, yarım milyondan çox izləyicisi olan rəsmi hesab sənətçinin meneceri tərəfindən müvəqqəti olaraq dondurulub. 

Bildirilir ki, xəbər portalları, sənətçinin dostları, sosial şəbəkə istifadəçiləri Həbibinin adını tez-tez hansısa bir xəbər çıxan zaman işarələyir və sənətçi hər dəfə onların bu addımından narahat olur.

Bunun qarşısını almaq üçün səhifə bu həssas dövr bitənə kimi bağlanıb. 

Bu məqamda qeyd edək ki, Natavan boşanmağı ilə bağlı status yazandan sonra səhifənin idarəsini menecerinə həvalə edib.  O, arada səhifəyə daxil olaraq onunla bağlı yazılan şərhləri oxuyur.