Heydər Əliyev Sarayında “Yeni ilin mübarək, Luntik!” adlı uşaq tamaşası təqdim ediləcək.


Kriminal 08 Dek 2017 12:40:00 215 0

Heydər Əliyev Sarayında “Yeni ilin mübarək, Luntik!” adlı uşaq tamaşası təqdim ediləcək.

Dekabrın 24-də Heydər Əliyev Sarayında "Yeni ilin mübarək, Luntik!" adlı uşaq tamaşası təqdim ediləcək.

Luntik artıq xeyli müddətdir günəş tarlasında yaşayır və onun bütün sakinləri ilə dostlaşmağa vaxt tapıb. Və budur, Luntik üçün ilk qış mövsümü başlayır və onu yeni açılışlar və tanışlıqlar gözləyir. Təbii ki, Luntikin dostları ona qışı bütün gözəlliyi ilə görməyə kömək edəcəklər. Tamaşaçıları beş ibrətamiz qış əhvalatı gözləyir. Əhvalatlarda onlara fəal rol verilib, axı uşaqlar qışı yaxşı tanıyırlar və çətin vəziyyətdə kömək edə biləcəklər.

"İlk qar"

Luntik dostları ilə qarı kimin hazırladığını və haradan gəldiyini öyrənməyə çalışırlar? Bəs pəncərələrdə qış naxışlarını kim çəkir və niyə sallaq buzları yalamaq olmaz?

"Boran"

Kuzya böyüklərin məsləhətinə qulaq asmadan qonaqlığa gedərək dostları xeyli həyəcanlandırdı, lakin sadiq dostluq və Şnyuk dayının hörümçək toru dostu çətin vəziyyətdən xilas etdi.

"Qışlama"

Qış həşəratların həyatında mürəkkəb dövrdür və əgər vaxtında yaxşıca hazırlaşmasan, sərt qış tənbəl tırtılları cəzalandıra bilər.

"Yolka"

Qış tarlasında söyüd ağacənın qarşısında bütün dostlar toplaşaraq Yeni ilin yaxınlaşmasını müzakirə edirlər. Hədiyyələr hazırlamaq, qonaqları qarşılamaq və yolkanı bəzəmək necə də gözəldir. Üstəlik yolkanın bəzək əşyalarını bəlkə də heç vaxt görə bilməyəciyimiz əsl Şaxta Baba gətirirsə... Əgər Şaxta Babaya inansaq, o, mütləq gələcək.