Deputat: "Leyla Yunusun məqsədi o olub ki, Azərbaycan əleyhinə iş aparmaqla varlansın"


Digərləri 08 Dek 2017 12:22:00 242 0

Deputat: "Leyla Yunusun məqsədi o olub ki, Azərbaycan əleyhinə iş aparmaqla varlansın"

Leyla Yunus heç zaman hər hansı bir vətəndaşın hüquqlarını müdafiə etməyib, hər hansı bir məhbusun azadlığa qovuşmasında rol oynamayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Çingiz Qənizadə bu gün "Leyla Yunusun parlaqlığı və səfaləti" adlı kitabın təqdimatında deyib.

Ç.Qənizadə bildirib ki, L.Yunusun heç bir hüquq müdafiəçisi ilə normal münasibəti olmayıb, o, həmişə öz maraqlarını hər şeydən üstün tutub: "Biz həmişə düşünürdük ki, hər hansı bir məhbusa görə xaricdə kimlərləsə oturub danışmaqla məsələni həll etməyə çalışmaq düzgün deyil, məsələ ölkə daxilində həll olunmalıdır. Ancaq Leyla Yunus bu məsələləri xaricə çıxarmaqla pul qazanmaq məqsədi güdürdü. Leyla Yunusun məqsədi o olub ki, hüquq müdafiəçisi adı altında varlansın, Azərbaycan əleyhinə iş aparmaqla qrantlar alsın".