Elza: "Mənim üçün ən gözəl qadınlar ayağı əyri olanlardı"


Şou-biznes 08 Dek 2017 12:16:00 469 0

Elza: "Mənim üçün ən gözəl qadınlar ayağı əyri olanlardı"

Müğənnilər son vaxtlar bir-birinə oxşayır. Onları ayırd edə bilmirəm. Müğənninin öz səsi, cizgiləri, xarakteri, mimikası olmalıdır.

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri əməkdar artist Elza Seyidcahan "Düz bazar" verilişində deyib.

Müğənni sənətçiləri tənqid edib, onları özlərinə baxmamaqda günahlandırıb:

"Qadın müğənnilərimiz "xaltura" edirlər. Kişi müğənnilər özlərinə daha yaxşı baxırlar. İdmana gedirlər, pəhriz saxlayırlar. Qadınlar isə güc veriblər plastik əməliyyata, pul yığmağa. Mənim üçün ən gözəl qadınlar ayağı əyri olanlardır. Bəzisi var əyri ayağını gedib düzləşdirir, ona yaraşmır. Allah onu belə yaradıb.