Fələstin haqqını tələb edir VİDEO FOTO


Dünya 08 Dek 2017 12:19:00 241 0

Fələstin haqqını tələb edir  VİDEO  FOTO

Fələstinli etirazçılarla İsrail əsgərləri arasında qarşıdurma olub.

İordan çayının qərb sahili və Qəzzada prezident Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasına ciddi etirazlar bildirilir.

Ramallada nümayişçilər İsrail əsgərlərini daşa basıb, təkərləri yandırıb. Onlarla insan kiçik xəsarətlər alıb.

Son.az Amerikanın Səsi-nə istinadən bildirir ki, İsa Məsihin doğulduğu Betlehemdə əsgərlər nümayişçilərə qarşı su şırnağı və gözyaşardıcı qazdan istifadə edib.

Etirazçılar İsrailin baş naziri Benyamin Netanyahu və ABŞ prezidenti Donald Trampın şəkilləri, habelə hər iki ölkənin bayraqlarını yandırıb.

Fələstinlilər ümummilli tətil elan edərək, məktəb və biznesləri bağlayıb.

Qəzzanı idarə edən Həmas qrupu fələstinliləri İsrailə qarşı qiyama səsləyib. Təşkilat bildirib ki, dekabrın 8-də bütün müsəlmanlar "qəzəb günü" aksiyaları keçirməlidir.

Kreml də ABŞ prezidenti Donald Trampın qərarını qətiyyətlə pisləyib və bildirib ki, bu addım Yaxın Şərqdəki vəziyyəti mürəkkəbləşdirib və beynəlxalq ictimaiyyəti parçalayıb.

Rusiya prezidentinin sözçüsü Dmitri Peskovdan başqa, Trampın qərarını dünya boyunca ABŞ-ın müttəfiqləri də daxil olmaqla yanaşı, bir çox liderlər tənqid ediblər.

Peskov bilirib ki, prezidentlər Putin və Ərdoğan bu addımın Yaxın Şərq sülh prosesinə təsirlərini müzakirə edəcəklər.