Fələstin Qüdslə bağlı beynəlxalq məhkəməyə müraciət edəcək


Dünya 08 Dek 2017 12:06:14 216 0

Fələstin Qüdslə bağlı beynəlxalq məhkəməyə müraciət edəcək

ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarı ilə bağlı Fələstin beynəlxalq məhkəməyə müraciət edəcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Fələstinin Rusiyadakı səfiri Əbdül Hafiz Nofəl deyib.

O qeyd edib ki, Fələstin rəhbərliyi bununla bağlı bütün zəruri addımları atacaq.

Səfir, həmçinin vurğulayıb ki, Fələstin ABŞ-ı artıq İsrail-Fələstin sülh prosesinin tərkib hissəsi hesab etmir.