Yolka bəzəyən beş nəfəri "tok vurdu"


Dünya 08 Dek 2017 12:07:00 255 1

Yolka bəzəyən beş nəfəri "tok vurdu"

Qvatemalanın Meksika ilə sərhədində yerləşən El-Karmen-Frontera şəhərində Yeni il yolkasının bəzədilməsi faciə ilə nəticələnib.

Son.az Trend-ə istinadən xəbər verir ki, ağacın yüksəkgərginlikli naqillərə toxunması nəticəsində beş nəfəri cərəyan vurub.

Onlar hadisə yerində həlak olub. Yerli sakinlərin sözlərinə görə, Yeni il yolkası 20 ildən çoxdur ki, eyni yerdə quraşdırılırmış, amma bu müddət ərzində heç bir problem qeydə alınmayıb.