Anar Bağırov: Azərbaycanda peşəkar vəkillərin sayı artırılacaq


Digərləri 08 Dek 2017 11:56:00 274 0

Anar Bağırov: Azərbaycanda peşəkar vəkillərin sayı artırılacaq

Azərbaycan Vəkillər Kollegiyasının yeni sədri Anar Bağırov rəhbərlik etdiyi qurumun gələcək planları barədə danışıb.

Bakı. Samir Əli - Azərbaycan Vəkillər Kollegiyasının yeni sədri Anar Bağırov rəhbərlik etdiyi qurumun gələcək planları barədə danışıb. Trend-in məlumatına görə, A.Bağırov jurnalistlərə bildirib ki, Vəkillər Kollegiyası ilk öncə vəkilliklə bağlı sənədlərin qəbuluna başlayacaq: "Məlum olduğu kimi, qanunvericiliyə müvafiq dəyişikliklər edilib. Dəyişikliyə görə, yanvarın 1-dən fiziki şəxslərin məhkəmələrdə nümayəndə kimi çıxması məhdudlaşdırılır. Vətəndaşlara hüquqi yardımı yalnız peşəkar vəkillər həyata keçirəcəklər. Vəkillər Kollegiyası buna hazır olmalıdır. Məqsədimiz odur ki, ən qısa zaman ərzində sənəd qəbulu bərpa olunsun. Kollegiyanın üzvlərinin artırılmasına çalışacağıq".