Anar Bağırov: "Ən qısa zamanda Vəkillər Kollegiyasına sənəd qəbuluna başlanılacaq"


Digərləri 08 Dek 2017 11:43:00 276 0

Anar Bağırov: "Ən qısa zamanda Vəkillər Kollegiyasına sənəd qəbuluna başlanılacaq"

Ən qısa zamanda Vəkillər Kollegiyasına üzvlüklə bağlı elan veriləcək və sənəd qəbuluna başlanılacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Vəkillər Kollegiyasının Rəyasət Heyətinin yeni seçilmiş sədri Anar Bağırov deyib.

A.Bağırov indiyə qədər baş verənlərə görə məyus olduğunu bildirib: "Hesab edirik ki, Vəkillər Kollegiyası burada müəyyən çatışmazlığa, haradasa səhlənkarlığa yol verib. Biz çalışacağıq ki, bundan sonra bu cür hallar baş verməsin".