Məşhur müğənni orden aldı,


Digərləri 08 Dek 2017 11:45:00 268 0

Məşhur müğənni orden aldı,

Dünyaca məşhur ingilis müğənni və bəstəkar Ed Şrian "Britaniya İmperiyasının Möhtəşəm Ordeni" (The Most Excellent Order of the British Empire, MEB) ilə təltif olunub.

Son.az The Sun-a  istinadən bildirir ki, 100 il əvvəl kral 5-ci Georq tərəfindən 1917-ci ilin iyunun 4-də təsis edilmiş orden 26 yaşlı müğənniyə musiqiyə töhfələrinə və xeyriyyəçilik fəaliyyətinə görə verilib.

Devizi "For God and the Empire" "Tanrı və İmperiya uğrunda" olan orden Britaniyanın mükafatlar sistemində ən aşağı səviyyəli ordendir.

Ordenə layiq bilinənlərin əksəriyyəti Britaniya və ya Birlik ölkələri vətəndaşları olsalar da, əcnəbilər "fəxri üzvlər" qismində mükafatlandırıla bilərlər.

5 səviyyədən ibarət ordenin yalnız ilk 2 səviyyəsinə (Knight Grand Cross və ya Dame Grand Cross) ilə  Knight Commander və ya Dame Commander) layiq bilinənlər "cəngavər" titulu alırlar.

Bukinhem Sarayındakı çıxışında Ed Şiran dörd il əvvəl vəfati etmiş babası Billdən bəhs edib: "Babamın da çoxlu mükafatları vardı. Ümid edirəm ki, babam mənimlə fəxr edirdi".