Tramp: "Mən vədimi yerinə yetirdim"


Dünya 08 Dek 2017 11:33:00 239 0

Tramp: "Mən vədimi yerinə yetirdim"

Qüdsü İsrailin paytaxtı kimi tanıyıb, ABŞ səfirliyinin Təl-Əvivdən bu şəhərə köçürülməsinə dair qərarımla öz vədimi yerinə yetirdim.

Son.az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp şəxsi "Twitter" səhifəsində yazıb. O, özünü ABŞ-ın sabiq dövlət başçıları ilə müqayisə edərək deyib ki, onlardan fərqli olaraq, ABŞ səfirliyinin Qüdsə köçürülməsinə dair vədini yerinə yetirib.

Tramp "twit"inin altında ABŞ-ın sabiq prezidentləri Bill Klinton, Corc Buş və Barak Obamanın Qüdsə dair çıxışları olan video da yerləşdirib.