Ölkədən külli miqdarda varici valyuta çıxaran şəxs yaxalandı


Digərləri 08 Dek 2017 11:17:00 258 0

Ölkədən külli miqdarda varici valyuta çıxaran şəxs yaxalandı

Astara Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın qanunsuz yolla ölkə ərazisindən çıxarılmasına cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Son.az-a verilən məlumata görə, idarənin Sərnişin şöbəsində Azərbaycandan İrana piyada yolla getmək istəyən Azərbaycan vətəndaşının hərəkətləri şübhə doğurduğu üçün saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı vətəndaşın üzərində əvvəlcədən gömrük nəzarətinə yazılı, şifahi və ya elektron formada bəyan edilməyən 14.800 ABŞ dolları aşkar olunub.