Avro-2020: Azərbaycanla Ermənistan eyni qruplara salınmayacaq


İdman 08 Dek 2017 10:51:00 325 0

Avro-2020: Azərbaycanla Ermənistan eyni qruplara salınmayacaq

2020-ci il Avropa çempionatının seçmə mərhələsinin və Millətlər Liqasının püşkatma mərasimləri zamanı Azərbaycan və Ermənistan ayrı-ayrı qruplara salınacaq.

Goal.az-ın məlumatına görə, bu barədə UEFA prezidenti Aleksander Çeferin İcraiyyə Komitəsinin iclasından sonra mətbuat konfransında açıqlama verib.

O bildirib ki, eyni qayda Rusiya və Ukraynaya da şamil olunacaq. Çeferin belə bir addımı ölkələr arasındakı münasibətlərin qaydasında olmaması üzündən atdıqlarını söyləyib

AVRO-2020-nin püşkatma mərasimi 2 dekabr 2018-ci ildə İrlandiyanın paytaxtı Dublində keçiriləcək.

Final mərhələsinin oyunları isə 12 şəhərdə, o cümlədən, Bakıda təşkil olunacaq.