Avroliqada 1/16 finalın bütün iştirakçıları müəyyənləşdi


İdman 08 Dek 2017 10:16:00 359 0

Avroliqada 1/16 finalın bütün iştirakçıları müəyyənləşdi

Goal.az xəbər verir ki, sonuncu – VI tur çərçivəsində baş tutmuş 24 matçdan sonra 1/16 finala vəsiqə qazanan bütün kollektivlər müəyyənləşib.

Futbol üzrə Avropa Liqasında qrup mərhələsinə yekun vurulub.

Bu turadək İtaliyanın "Atalanta", "Lazio” və "Milan", İspaniyanın "Villarreal” və "Real Sociedad", Fransanın "Lyon” və "Nice", Rusiyanın "Zenit”, Ukraynanın "Dinamo" (Kiyev), Rumıniyanın "Styaua”, İngiltərənin "Arsenal”, Serbiyanın "Partizan”, Portuqaliyanın "Braga”, Çexiyanın "Viktoriya”, Avstriyanın "Zalsburg” və İsveçin "Ostersun” komandaları "pley-off"a yüksəlib.

Qalan 8 vəsiqəyə isə tarixdə ilk dəfə Qazaxıstanın "Astana”, "Qarabağ"ın Çempionlar Liqasının "play-off" mərhələsində üstələdiyi Danimarkanın "Kopenhavn", İspaniyanın "Athletic”, Yunanıstanın AEK, Bolqarıstanın "Lüdogorets”, Fransanın "Marseille”, Serbiyanın "Srvena Zvezda” və Rusiyanın "Lokomotiv” komandaları sahib olub.

Onlara Çempionlar Liqasında öz qruplarını 3-cü pillədə tamamlamış Almaniyanın "Leipsig" və "Borussia" (Dortmund) klubları, Rusiya "Spartak"ı və MOİK-i, İtaliya "Napoli"si, Şotlandiya "Celtic"i, İspaniya "Atletico"su və Portuqaliya "Sporting"i də qoşulub.

Çempionlar Liqasının 1/8 final və Avropa Liqasının 1/16 final mərhələlərinin püşkatma mərasimi dekabrın 11-də keçiriləcək.