Ölkədən külli miqdarda varici valyuta çıxaran şəxs gömrükdə yaxalandı


Digərləri 08 Dek 2017 10:19:00 177 0

Ölkədən külli miqdarda varici valyuta çıxaran şəxs gömrükdə yaxalandı

Astara Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın qanunsuz yolla ölkə ərazisindən çıxarılmasına cəhdin qarşısını alıblar.

Bakı. Samir Əli - Astara Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın qanunsuz yolla ölkə ərazisindən çıxarılmasına cəhdin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, idarənin Sərnişin şöbəsində Azərbaycandan İrana piyada yolla getmək istəyən Azərbaycan vətəndaşının hərəkətləri şübhə doğurduğu üçün saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.