Bakıdan Tehrana psixotrop dərmanlar aparmağa cəhd edən İran vətəndaşı saxlanılıb


Digərləri 08 Dek 2017 10:18:00 266 0

Bakıdan Tehrana psixotrop dərmanlar aparmağa cəhd edən İran vətəndaşı saxlanılıb

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin ölkənin gömrük sərhədindən qanunsuz yolla keçirilməsinə cəhdin qarşısını alıblar.

Bakı. Samir Əli - Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin ölkənin gömrük sərhədindən qanunsuz yolla keçirilməsinə cəhdin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Bakı-Tehran aviareysilə getmək istəyən İran vətəndaşının çantası rentgen aparatından keçirilərkən çantada olan əşyaların monitordakı təsvirləri və sərnişinin hərəkətləri şübhə doğurduğu üçün o, saxlanılıb. Vətəndaşın çantası təkrar yoxlanılıb və çantanın içərisində olan şəxsi əşyaların arasındakı qabda - üzərində "APO 0.5" yazılmış çəhrayı rəngli 15 ədəd həb, üzərində "M 40" yazılmış qəhvəyi rəngli 8 ədəd həbvə ağ rəngli 4 ədəd həb aşkar edilib. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən çəhrayı rəngli 15 ədəd həb təsir maddəsi alprazolam, qəhvəyi rəngli 8 ədəd həb təsir maddəsi metadon, ağ rəngli 4 ədəd həb isə təsir maddəsi sertralin (asentra) olan dərman preparatlarıdır.