Bərdədə narkotik maddələr satan şəxslər tutulub


Sosial 08 Dek 2017 10:07:53 296 0

Bərdədə narkotik maddələr satan şəxslər tutulub

Faktla bağlı araşdırmalar davam etdirilir

Bərdə rayonunda narkotik maddələr satan şəxslər tutulub.

"Report"un Qarabağ bürosunun məlumatına görə, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Seyfəddin Kazımov şübhəli şəxs qismində saxlanılıb. Onun üzərindən polietilen bükülüdə narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb. Əməliyyat tədbirlərini davam etdirən polis əməkdaşları narkotik vasitəni S.Kazımova satmaqda şübhəli bilinən şəhər sakini İqdam Salmanovu da saxlayıblar. İ.Salmanovun yaşadığı evə baxış zamanı orada gizlətdiyi ümumi çəkisi 578.93 qram marixuana və 7.76 qram heroin aşkarlanıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.