“Məni niyə biabır edirsən?”


Digərləri 08 Dek 2017 09:23:00 269 0

“Məni niyə biabır edirsən?”

Bu günlərdə sosial şəbəkələrdə müğənni Maral Tahirqızıya məxsus olduğu iddia edilən intim video yayılıb.

Son.az xəbər verir ki, bu haqda musavat.com-a danışan müğənni Maral Tahirqızı şəxsin icazəsi olmadan görüntülərinin yayılmasını qanunsuzluq adlandırıb: "Özünə, şərəfinə hörmət edən adam onu yaymaz. O video mənə heç nə edə bilməz. Adi küçədən keçən adamın belə, şəklini, videosunu çəkmək olmaz. Bu, insan hüquqlarına ziddir. Bir də o video ilə reytinq toplamaq da doğru deyil. Mənim qardaşım, bacım, yaxınlarım var. Axı, sən məni niyə biabır edirsən?"

Müğənni videodakı xanımın o olmadığını deyib: "Videodakı mən deyiləm. Bunu mənim sənətimə, şəxsiyyətimə xələl gətirmək, məni gözdən salmaq üçün ediblər. Sadəcə, həbsxanaya düşdüyümə görə belə edirlər. Halbuki, heç hakim məhkəmədə o pis adı mənə qoya bilməyib. Çünki ortada fakt, sübut yoxdur. Hələ bu günə qədər heç kəs, heç bir yaxınım görməyib ki, Maral xanım bir kişi ilə qol-qola gəzsin, evinə girsin. Əgər elə olsaydım, indi çoxdan başqa yerlərdəydim".