Orta yaşlı qadın evində boğularaq ölüb


Digərləri 08 Dek 2017 08:49:00 301 0

Orta yaşlı qadın evində boğularaq ölüb

Qadının bədbəxt hadisə nəticəsində boğulduğu, yaxud özünə qəsd etdiyi bilinmir

Gecə saatlarında Mingəçevir şəhərində orta yaşlı qadın evində boğularaq ölüb.

Son.az report.az-a istinadən bildirir ki, hadisə Günəşli yaşayış massivində qeydə alınıb.

Adı hələ ki, məlum olmayan 1985-ci il təvəllüdlü qadın müəmmalı şəkildə dünyasını dəyişib. İlkin ehtimala görə, o, boğularaq ölüb. Qadının bədbəxt hadisə nəticəsində boğulduğu, yaxud özünə qəsd etdiyi hələ ki, məlum deyil.