Bakıda sürücü maşınla orta yaşlı qadını vuraraq hadisə yerindən qaçıb


Kriminal 08 Dek 2017 08:57:00 261 0

Bakıda sürücü maşınla orta yaşlı qadını vuraraq hadisə yerindən qaçıb

Yaralı ətrafdakıların köməkliyi ilə xəstəxanaya yerləşdirilib

Bakıda orta yaşlı qadını avtomobil vuraraq hadisə yerindən uzaqlaşıb.

Son.az report.az-a istinadən bildirir ki, yol-nəqliyyat hadisəsi Xətai rayonunda baş verib.

Əhmədli qəsəbəsində 44 yaşlı İsayeva Lidiya Leonis qızını minik avtomobili vurub. Qadın ağır xəsarət alıb. Hadisəni törədən sürücü ərazidən qaçıb. Yaralı ətrafdakıların köməkliyi ilə xəstəxanaya yerləşdirilib.