Bakıda yaşayış binasında yanğın olub, 20 sakin təxliyə edilib


Digərləri 08 Dek 2017 08:42:00 227 0

Bakıda yaşayış binasında yanğın olub, 20 sakin təxliyə edilib

Bakıda yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, yanğın şəhərin Sabunçu rayonunda ikimərtəbəli, kommunal tipli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 60 m2olan 3 otaqlı mənzildə baş verib. Nəticədə mənzilin mətbəxinin tavanı 5 m2 sahədə və dam örtüyü 30 m2 sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 20 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə edilib. Mənzilin və dam örtüyünün qalan hissəsi yanğından mühafizə olunub.