Artıq harada olmağınızdan asılı olmayaraq ev telefonlarınıza cavab verə biləcəksiniz


Digərləri 08 Dek 2017 08:25:00 331 0

Artıq harada olmağınızdan asılı olmayaraq ev telefonlarınıza cavab verə biləcəksiniz

"Aztelekom" MMC dövlət rabitə operatoru 2018-ci ildən stasionar nömrənin köçürülməsi xidmətini işə salacaq.

Son.az bildirir ki, bu barədə Trend-ə şirkətdən məlumat verilib.

Bu xidmətdən mobil tətbiq vasitəsilə istifadə etmək olar. Ev nömrəsini proqrama daxil etdikdən sonra internet vasitəsilə ev nömrəsinə daxil olan zəngləri qəbul etmək və zəng etmək mümkün olacaq.