Kişilərin bədən dili nə deyir?


Digərləri 08 Dek 2017 07:35:00 298 0

Kişilərin bədən dili nə deyir?

Mütəxəssislər bildirir ki, kişiləri yaxşı müşahidə etməklə onların düşüncələrini oxumaq mümkündür. Tərəf müqabilinizin düşüncələrini anlamaq üçün sadəcə olaraq bəzi məqamlara diqqət yetirməniz kifayətdir. Son.az ailem.az-a istinadən həmin incə məqamları təqdim edir.  

Yalan söyləyir   Burun və ya qulaqları oynayar. Bir kişi yalan söyləyərkən ifşa olunmaqdan qorxduğu üçün ürək döyüntüsü artır və burun, qulaq, alnında qan sürətlə dövr etməyə başlayır. Bu isə titrəyişə səbəb olur.

Bu zaman ona doğrunu dedirtmək üçün dost maskanızı taxın. Sonra da günahlandırıcı rəftardan çox, maraqlı görünürmüş kimi suallarınızı ünvanlayın. Sanki əhəmiyyətsiz görünürmüş kimi davranın, əgər onu kifayət qədər dinləyəcək qədər səbrli olsanız, fikirləri dolaşacaq və doğrunu sizə söyləyəcək.   Kişilər niyə aldadılır və aldadır?   Kişilər nəsə etiraf etmək istəyir, üstəlik, bu, yaxşı bir şey deyil. Bu zaman dodaqları gərginləşir. Bir kişi bir şey söyləməkdən çəkindikdə ağzı gərilir və pis xəbəri vermək mövzusunda qərarsız olduğu üçün dodaqlarını bir-birinə sürtür. Kişilərin çoxu qadınların anlamayacağından qorxduğu üçün hər zaman nəyisə gizlədir.