Heyva marmeladlı peçenyeni


Digərləri 08 Dek 2017 07:00:00 259 0

Heyva marmeladlı peçenyeni

Şirniyyat sevərlər fərqli ləzzətdə olan şirniyyatları dadmağı çox xoşlayır. Son.az-ın ailem.az-a istinadən təqdim etdiyi heyva marmeladlı peçenye tam sizin ağız ləzzətinizə uyğundur.

Lazım olanlar:   250 qar kərə yağı 1 stəkan şəkər pudrası 1 yumurta 2,5 yemək qaşığı kakao 1 paket qabartma tozu 1 paket vanil 4,5 stəkan un Üzərinə səpmək üçün 1 stəkan şəkər tozu 1 kasa heyva marmeladı   Hazırlanması:   Əvvəlcə xəmir üçün olan ərzaqlar dərin bir ləyənə tökülüb yoğrulur. Daha sonra xəmirdən qoz böyüklüyündə hissələr alıb, ovucda yuvarlayıb ortası barmaqla aşağı basılır. Daha sonra şəkər tozuna bulayıb, soba qabına düzülür. Əvvəlcədən qızdırılmış 180 dərəcəlik sobada bişirilir. Soyuduqdan sonra isə üzərinə heyva marmeladı qoyulur və servis edilir.   Nuş olsun!