Kaliforniyada yanğınla bağlı 12 mln. insana xəbərdarlıq edilib, 200 mini köçürülüb


Dünya 08 Dek 2017 06:22:20 219 0

Kaliforniyada yanğınla bağlı 12 mln. insana xəbərdarlıq edilib, 200 mini köçürülüb

Bir neçə min binanın yanma təhlükəsi var

ABŞ-ın Kaliforniya ştatının rəhbərliyi 12 milyon sakinə yanğın təhlükəsi barədə xəbərdarlıq göndərib.

“Report” xəbər verir ki, mətn mesajlarını ölkənin cənubunda yerləşən yeddi rayonun əhalisi alıb.

Fəlakət bölgəsindən artıq 200 mindən çox insan təxliyyə edilib. Onlar, əsasən Ventura və Los-Anceles bölgələrinin sakinləridirlər.

CBS telekanalının məlumatına görə, bir neçə min binanın yanma təhlükəsi var. 23 mindən çox ev və müəssisənin elektrik enerjisi kəsilib.