"Instagram" öz messencerini sınaqdan keçirməyə başlayıb


İqtisadiyyat 08 Dek 2017 05:58:42 277 0

"Instagram" öz messencerini sınaqdan keçirməyə başlayıb

Proqramın qlobal tətbiqinə başlama tarixi hələ təyin edilməyib

"Instagram" sosial şəbəkəsi öz messencerini sınaqdan keçirməyə başlayıb.

“Report” xəbər verir ki, proqram "Direct" adını alıb.

"Instagram" interfeysi daxilində şəxsi mesajlar mübadiləsi üçün mövcud bölmə də belə adlanır.

Hazırda yeni messencer altı ölkədə - İsrail, İtaliya, Portuqaliya, Türkiyə, Çili və Uruqvayda test rejimində işləyir.

Proqramın qlobal tətbiqinə başlama tarixi hələ təyin edilməyib.