Çexiya prezidenti Aİ ölkələrini İsraildəki səfirliklərini Qüdsə köçürməyə çağırıb


Dünya 08 Dek 2017 04:51:50 269 0

Çexiya prezidenti Aİ ölkələrini İsraildəki səfirliklərini Qüdsə köçürməyə çağırıb

"Mən Trampın qərarından böyük sevinc hissi keçirirəm"

Avropa İttifaqına (Aİ) üzv ölkələr ABŞ-dan nümunə götürərək, İsraildəki səfirliklərini Qüdsə köçürməlidirlər.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu cümə axşamı Çexiya prezidenti Miloş Zeman Praqanın "Barrandov" kanalında çıxışı zamanı deyib.

"Mən bundan [Trampın ABŞ-ın İsraildəki səfirliyinin Qüdsə köçürülməsi haqqında qərarından] böyük sevinc hissi keçirirəm. Mən dörd il əvvəl İsraildə səfərdə olan zaman bildirmişdim ki, Çexiya səfirliyinin Yerüsəlimə köçürülməsini olduqca alqışlayardım", - deyə o bildirib.

Aparıcının "Avropa İttifaqı ölkələri də ABŞ-ın yolu ilə gedərək İsraildəki səfirliklərini Qüdsə köçürməlidirlərmi?" sualına prezident "tamamilə doğrudur" deyərək cavab verib.

O həmçinin bildirib ki, eyni addımı Çexiya da atmalıdır.