Ebru Gündeşin gözmuncuğulu VİLLASINDAKI SON GÜNLƏRİ FOTO


Digərləri 08 Dek 2017 04:30:00 279 0

Ebru Gündeşin gözmuncuğulu VİLLASINDAKI SON GÜNLƏRİ  FOTO

Amerikada həbsxanada olan Rza Zərrabdan boşanmağa qərar verən Ebru Gündeş əkiz villasından köçür.

Son.az xəbər verir ki, sənətçi əşyalarını toplamağa başlayıb. Dünən Ebru Gündeş kameralara görünməmək üçün mühafizə xidmətinin və xadimələrin köməyi ilə evə daxil olub və çıxıb.

Evin girişində yuxarıdan asılan gözmuncuğu xüsusi diqqət çəkib. Bundan başqa villanın damına qağayıların qonmaması üçün çəkilən tikanlı məftil də gözə çarpıb.

Məlumat üçün onu da bildirək ki, İstanbul Baş Prokurorluğu tərəfindən Türkiyədəki bütün mal-mülkünə həbs qoyulan Rza Zərrabın Bodrumdakı "60 years" adlı 7 milyon avroluq yelkənli lüks yaxtası da 1 ildən çoxdur ki, zavodda saxlanılır.


Xəbərə aid fotolar