Ən qədim şaftalılar


Digərləri 08 Dek 2017 01:30:00 576 1

Ən qədim şaftalılar

Çinin cənub-qərbində tapılan qədim şaftalıların daşlaşmış çəyirdəkləri tapılıb. Tapıntı üzərində aparılan araşdırma nəticəsində qədin meyvənin yaşının 2,5 milyon ildən az olmadığı müəyyən edilib. Daşlaşmış çəyirdəklər formaca indikilərdən fərqlənmir. Lakin meyvələr indi mağazalarda satılanlardan çox kiçik olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, daşlaşmış çəyirdəklər 2010-cu ildə yeni yolun çəkilişi zamanı 5,3-2,6 milyon il əvvəlki dövrə aid süxur qatlarında aşkarlanıb. Yerli nəbatatçı Tao Su onları ABŞ-a yoxlamaq üçün göndərib. Alimlər müəyyən ediblər ki, çəyirdəklərin içərisindəki toxumlar dəmirlə çıxarılıb. Çəyirdəklərin qabığı isə kristallaşmaya uğrayıb ki, bu da onların qədimliyinin əlamətidir.