"Həmas" Fələstin sakinlərini üsyan etməyə çağırıb


Dünya 08 Dek 2017 00:38:47 479 0

"Həmas" Fələstin sakinlərini üsyan etməyə çağırıb

"Biz bütün azad Fələstin sakinlərini cümə günü – "qəzəb günü" küçələrə çıxmağa çağırıb"

Fələstinin "Həmas" hərəkatının lideri İsmayıl Haniyə yeni üsyanın başlanmasına çağırıb.

“Report” xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb.

"Biz bütün azad Fələstin sakinlərini cümə günü – "qəzəb günü" küçələrə çıxmağa və yeni üsyanın başlandığını elan etməyə çağırırıq", - deyə o bildirib.