Günün qoroskopu: sevgililər küsüşəcək, dil tapmaqda çətinlik çəkəcək


Digərləri 08 Dek 2017 00:01:00 283 0

Günün qoroskopu: sevgililər küsüşəcək, dil tapmaqda çətinlik çəkəcək

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - başlanmış işləri yekunlaşdırmaq üçün daha çox münasib olan neytral gündür. Bu gün hətta ən enerjili və yorulmaz adamlar da hərəkətdən daha çox düşünməyə meyllidirlər. Odur ki, bu gün möhtəşəm qələbələr gözləməyə dəyməz. 

Buğa - bu gün çox uğurlu olacaq. Günün birinci yarısı xoş xəbərlərlə, böyük əhəmiyyət verdiyiniz münasibətlərin bərpası ilə əlamətdar olacaq. Bu vaxt tək köhnə romanın yenidən canlanması üçün yox, həm də işgüzar əməkdaşlığın bərpası üçün əlverişlidir. Günün ikinci yarısında yaradıcılıq potensialı artacaq, yeni başlanğıclar uğurlu olacaq. İntuisiyanız itidir və bu, özünü yaxınlarınızla münasibətlərdə göstərəcək. Sevdiklərinizi nəinki ağızlarını açan kimi başa düşəcək, həm də lazım olduğu anda onların köməyinə çata biləcəksiniz.

Əkizlər - istənilən faydalı fəaliyyət üçün çox münasib gündür. Odur ki, günü boş keçirmək lazım deyil. Nə qədər çox iş planlaşdırsanız, bir o qədər çox işin öhdəsindən gələcəksiniz və nailiyyətləriniz də daha böyük olacaq.

Dotslarla görüş və romantik görüşlər üçün günün ortası daha münasibdir. Axşamı isə sakitlikdə keçirmək daha yaxşıdır. Gücünüzü bərpa etməyiniz və yeni həftəyə hazırlaşmaq lazımdır.

Xərçəng - həftənin ən əlverişli günləri hələ irəlidədir. Amma bu gün də pis deyil. Diqqətinizi planlaşdırmalara yönəldin. Bu gün belə işlər üçün çox münasibdir. Analitik qabiliyyətiniz açıq şəkildə ortaya çıxacaq. Bir çox Xərçənglər, nəhayət ki, çoxdandır diqqət tələb edən ailə işləri ilə məşğul ola biləcəklər. Övladlarınızın problemləri yarana bilər və onların həlli üçün şəxsən iştirakınız, eləcə də xərc lazım gələcək.

Şir -sevgililər küsüşəcək, dil tapmaqda çətinlik çəkəcək, qısqanclıq və şübhələrlə bir-birilərinə əziyyət verəcəklər. Barışmaq isə olduqca çətin olacaq. Diqqəti işə cəlb etməklə uğurlar əldə etmək olar. Danışıqlar aparmaq, əməkdaşlığa başlamaq və işgüzar səfərlər üçün münasib gündür. İş partnyorlarınızla fikir ayrılıqları mümkündür. Lakin yekdil mövqeyə gələ biləcəksiniz. Həyat potensialı yüksək səviyyədə olacaq, ovqatınız pis olmayacaq.

Qız - sizi xoş və çox şey vəd edən görüş gözləyir. Bu gün baş verən hadisələri istənilən rəngdə görmək olar. Əsas məsələ sizin nəzər nöqtənizdən asılıdır. Heç olmasa, qismən obyektivlikdə dostlarınız sizə yardım edəcəklər. Odur ki, kəskinliyə və sözü üzə demələrinə görə onlardan inciməyin.

Həddindən artıq ciddi olmayın. Bu gün vaxtınızı şən keçirmək, əylənmək, sevinmək üçündür. Yaxınlarınızla xırda anlaşılmazlıq və fikir ayrılıqları mümkündür. Lakin bunların hamısı boş şeylərdir və çox əhəmiyyət verməyə dəyməz.