Şamaxıda öd kisəsindən əməliyyat olunan qadın dünyasını dəyişib


Digərləri 07 Dek 2017 23:58:00 218 0

Şamaxıda öd kisəsindən əməliyyat olunan qadın dünyasını dəyişib

Axşam saatlarında vəziyyəti ağırlaşan qadının həyatını xilas etmək mümkün olmayıb

Şamaxı rayon xəstəxanasında əməliyyatdan sonra ölüm hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki, 1968-ci il təvəllüdlü Şamaxı rayon sakini Qönçə Faiq qızı Hüseynova öd kisəsində kəskin ağrılarla Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyə şöbəsinə müraciət edib. Əməliyyat olunan xəstə palataya yerləşdirilib, axşam saatlarında qadının halı pisləşib. Vəziyyəti ağırlaşan Qönçə Hüseynovanın həyatını xilas etmək mümkün olmayıb. Ölümün dəqiq səbəbləri araşdırlır.