ABŞda üç məktəb avtobusu toqquşub, 41 uşaq xəsarət alıb


Dünya 07 Dek 2017 23:44:00 219 0

ABŞda üç məktəb avtobusu toqquşub, 41 uşaq xəsarət alıb

Hadisə Kentukki ştatının Cefferson dairəsində baş verib

ABŞ-ın Kentukki ştatında üç məktəb avtobusunun toqquşması nəticəsində 40-dan çox uşaq xəsarət alıb.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə ABC telekanalı məlumat yayıb. Hadisə ştatın Cefferosn dairəsində baş verib. Yol qəzası nəticəsində orta və yuxarı siniflərdə oxuyan 41 uşaq xəsarət alıb. Qəzanın səbəbləri açıqlanmır. Yerli polis araşdırmalara başlayıb.