Azərbaycan pasportu ilə vizasız gedə biləcəyiniz ölkələrin – SİYAHISI


Digərləri 07 Dek 2017 23:04:00 346 0

Azərbaycan pasportu ilə vizasız gedə biləcəyiniz ölkələrin – SİYAHISI

Azərbaycan vətəndaşlarının pasport ilə vizasız gedə biləcəyiniz ölkələrin siyahısı açıqlanıb.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, bütün təqdim olunan vizasız və ya birbaşa sərhəddə viza verən ölkələrə səyahət etmək üçün hər kəsin yanında qüvvədə olan ümumvətəndaş pasport (Xarici pasport) olmalıdır.

Oxuculara Azərbaycan vətəndaşlarının vizasız və ya birbaşa sərhəddə viza alaraq səfər edə biləcəkləri ölkələri təqdim edirik. Siyahıdakı ölkələrin qarşısında (sərhəddə) qeydi olarsa, demək həmin ölkəyə gedərkən viza sərhəddə təqdim edilir.

Avropa:

Albaniya, Belarus, Bosniya və Herseqovina, Gürcüstan, Makedoniya, Moldova, Çernaqoriya (Monteneqro), Rusiya, Türkiyə, Ukrayna.

Asiya:

İndoneziya, İran, Qazaxıstan, Qırğızıstan, Malayziya, Fələstin, Qətər, Tacikistan, Özbəkistan, Banqladeş (sərhəddə), Kamboca (sərhəddə), İordaniya (sərhəddə), Laos (sərhəddə), Livan (sərhəddə), Makao (sərhəddə), Maldiv (sərhəddə), Nepal (sərhəddə), Şərqi Timir (sərhəddə).

Karib dənizi, Mərkəzi və Cənubi Amerika:

Antiqua və Barbuda, Baham adaları, Barbados, Kolumbiya, Ekvador, Haiti, Sent - Vinsent və Qrenadin Boliviya (sərhəddə), Dominika (sərhəddə), Yamayka (sərhəddə), Nikaraqua (sərhəddə).