Zərrabın 65 milyonluq mülkü müsadirə edildi


Dünya 07 Dek 2017 22:13:00 259 0

Zərrabın 65 milyonluq mülkü müsadirə edildi

İstanbul Prokurorluğu Rza Zərrabın 7 milyon dəyərindəki yaxtasını və 58 milyonluq "Challenger 300" tipli təyyarəsini müsadirə edib.

Son.az axar.az-a istinadən bildirir ki, bu barədə TGRT informasiya yayıb.

Məlumata görə, Zərrabın "60 years" adlı yaxtası ilə bağlı Ankara ilə danışıqlar aparıldıqdan sonra Bodrum liman rəhbərliyinə Malta bayrağı altında üzən gəminin müsadirəsi göstərişi verilib. Zərrabın 58 milyonluq təyyarəsi isə İstanbul hava limanında müsadirə edilib.

Qeyd edək ki, Rza Zərrab ABŞ-da həbs edildikdən sonra istintaqla əməkdaşlıq edərək şahid qismində ifadə verməyə razılaşmışdı.