Reyhan cihazının iş prinsipini bölüşdü VİDEO


Digərləri 07 Dek 2017 21:33:00 283 0

Reyhan cihazının iş prinsipini bölüşdü  VİDEO

Reyhan Camalova.. Bu ad nəinki bizə artıq bütün dünyaya tanışdı. Camalovanın yağış suyundan enerji əldə edən qurğusu bəşəriyyət üçün önəmli kəşflərdən biri hesab olunur. İxtirası ilə Azərbaycanı qürurlandıran Reyhan cihazının iş prinsipini əyani olaraq bölüşüb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, əvvəlcə yağış suyu xüsusi çənə toplanır. Daha sonra pərlər vasitəsilə fırladılaraq enerji alınır. Bununla da kiçik lampalar işıqlandırılır. 15 yaşlı Reyhan Camalovanın hazırladığı reynerci qurğusunun iş prinsipi belədir İlkin model vasitəsilə qısa müddət ərzində lampaları işıqlandırmaq mümkündür Qurğunun prototipi hazırda 22 vatt enerji istehsal edir. Reyhan Camalova deyir ki, hazırda bu enerjini çoxaltmağın üzərində işləyir. Beynəlxalq forumda layihə xarici investorların diqqətini cəlb edib. Qurğunun tam işə düşməsi üçün müəyyən qədər vəsait tələb edilir. Test rejimində yoxlanacaq cihazın ölçüləri də böyük olacaq Reyhan Camalova yeni qurğunun sinif yoldaşı Zəhra Qasımzadə ilə birgə hazırlayıb. Alternativ enerji mənbələrinin dünyada aktuallaşdığı indiki dönəmdə Reynerci qurğusunun tam gücü ilə işə salınması olduqca real görünür.