Narkotik satıcıları saxlanıldılar VİDEO


Digərləri 07 Dek 2017 21:16:00 258 0

Narkotik satıcıları saxlanıldılar  VİDEO

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini Bahadir Əzizov saxlanılıb. Baxış zamanı onun üzərindən 6,92 qram qurudulmuş marixuana götürülüb. Şəxsin narkotik vasitəni əldə etdiyi mənbə də müəyyən edilib və şəhər sakini, əvvəllər məhkum olunmuş Taleh Qədirov saxlanılıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, onun yaşadığı evdə aparılan əməliyyat-axtarış tədbirləri zamanı otaqda və zirzəmidə gizlətdiyi, ümumi çəkisi 951,26 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Şirvan ŞPŞ-nin istintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.