Biləsuvarda kütləvi dava


Digərləri 07 Dek 2017 20:53:00 236 0

Biləsuvarda kütləvi dava

Biləsuvar rayonunda kütləvi dava baş verib. 

Son.az report.az-a istinadən bildirir ki, mübahisə edən şəxsləri ayırmaq istəyən 2 post patrul xidmətinin əməkdaşı - rayon sakinləri - 1989-cu il təvəllüdlü Qasid Rəşid oğlu Əsgərov və 1991-ci il təvəllüdlü Daşqın Vəkil oğlu Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralı polis əməkdaşlarına Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərilib.