Qrizmannın zədəsi ciddidir


İdman 07 Dek 2017 19:28:00 293 0

Qrizmannın zədəsi ciddidir

“Atletico”nun hücumçusu Antuan Qrizmann sıradan çıxıb.

Goal.az xəbər verir ki, Çempionlar Liqasının qrup mərhələsinin “Chelsea” ilə səfər oyununda (1:1) zədələnən fransalı hücumçu bir müddət komandasına kömək edə bilməyəcək. İspaniyanın AS nəşrinin yaydığı məlumata görə, omba sümüyündən zədə alan Qrizmann ən azı 1 həftə yaşıl meydanlardan kənarda qalacaq. Onun İspaniya La Liqasının növbəti turu çərçivəsində keçiriləcək “Betis”lə səfər oyununu buraxacağı dəqiqdi. Hücumçunun gələn həftə baş tutacaq “Alaves”lə matçda şans qazanması isə sual altındadı.