Ağsuda 25 yaşlı gənc bıçaqlanıb


Sosial 07 Dek 2017 19:12:19 280 0

Ağsuda 25 yaşlı gənc bıçaqlanıb

Faktla bağlı araşdırma aparılır

Ağsu rayonunda 25 yaşlı gənc bıçaqlanıb. 

"Report"un Şirvan bürosunun məlumatına görə, Ağsu rayonunun Qəşət kənd sakini, 1992-ci il təvəllüdlü Elsevər Məmməd oğlu Məmmədov naməlum şəraitdə bıçaqlanıb.

Yaralı Ağsu Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.