Klub rəhbərliyi futbolçuya mühafizəçi tutdu


İdman 07 Dek 2017 18:45:00 322 0

Klub rəhbərliyi futbolçuya mühafizəçi tutdu

Kiyev “Dinamo”su komandanın futbolçusu Denis Qarmaş və ailəsini mühafizəçi ilə təmin edib. Goal.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçinin özü və yaxınlarının həyatı üçün təhlükə yarandığına görə bu cür addım atılıb. Dekabrın 5-də 2 nəfər naməlum şəxs Ukrayna yığmasının üzvünün avtomobilini avtomatdan atəşə tutub. Nəqliyyat vasitəsinə 14 güllə dəysə də, həmin vaxt içində heç kim olmadığı üçün xəsarət alan olmayıb. İnsidentin D.Qarmaşın totalizatorlara borcu olduğu üçün baş verdiyi söylənilir. Futbolçu özü isə bu məlumatı təkzib edib. Hadisə ilə bağlı cinayət işi açılıb.